21 C
Baku
Thursday, April 25, 2024

“AFB Bank”ın mənfəəti 2 dəfəyə yaxın artıb – Maliyyə vəziyyəti

“AFB Bank” ASC 2021-ci ili 9 milyon 303 min manat mənfəətlə başa vurub. 2020-ci ildə isə “AFB Bank” 5 milyon 389 min manat mənfəət etmişdir.

Banker.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, illik müqayisədə bankın mənfəəti 73% artıb.

XƏRCLƏRİ AZALIB

2021-ci ildə “AFB Bank”ın faiz gəlirləri 13 milyon 967 min manat, qeyri-faiz gəlirləri 8 milyon 919 min manat, faiz xərcləri 1 milyon 752 min manat, qeyri-faiz xərcləri isə 16 milyon 985 min manat təşkil edib. 2020-ci ildə isə bankın faiz gəlirləri 27 milyon 318 min manat, qeyri-faiz gəlirləri 7 milyon 841 min manat, faiz xərcləri 2 milyon 4 min manat, qeyri-faiz xərcləri 18 milyon 471 min manat olub. Bank 2 milyon 900 min manat mənfəət vergisi ödəyib.

Bu ilin yanvarın 1-nə “AFB Bank”ın aktivləri 272 milyon 238 min manat olub ki, bu da 2020-ci ilin sonuna nisbətən 3.3 % azdır. Bunun 142 milyon 787 min manatı müştərilərə verilmiş kreditlərdir. Ötən ilin sonunda bankın müştərilərə verilmiş kreditləri 182 milyon 230 min manat təşkil edib.

DEPOZİT PORTFELİ BÖYÜYÜB

Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 6.5% azalaraq 191 milyon 56 min manata düşüb, o cümlədən depozit portfeli 6% artaraq 117 milyon 272 min manata, kapitalı 5.3% artaraq 81 milyon 182 min manata çatıb.

Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70.393 milyon manatdır. Bankın səhmlərinin 99.64 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik səhmdarı, “Bank of Baku” ASC-nin 31.11 %-lik səhmdarı), 0.18 %-i Cəmil Tahir oğlu Muradova (“Gilan Holdinq” MMC-nin İdarə Heyətinin sədri), 0.18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

af1 af2

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər