10 C
Baku
Wednesday, December 11, 2024

“AFB Bank”ın mənfəəti 47 dəfə azalıb

“AFB Bank” 2019-cu ilin 1-ci rübünü 111 min manat xalis mənfəətlə başa vurub. Bankın 2018-ci ilin 1-ci rübündə xalis mənfəəti 5 milyon 191 min manat təşkil etmişdir. Belə ki, ötən ilin analoji dövrüylə müqayisədə bu il “AFB Bank”ın mənfəəti 46,8 dəfə azalıb.

Banker.az bu barədə Bankın 2019-cu il 1-ci rübünə olan hesabatında deyilir.

Qeyd edək ki, .Aktivlәr üzrә mümkün zәrәrlәrin ödәnilmәsi üçün xüsusi ehtiyatın yaradılmasına 2,028 mln manat ayrılıb. Bu da ötən ilin eyni dövrünə nisbətən 19,2 % azdır.

 “AFB Bank”ın faiz gəlirləri 5,252 mlnn manat , faiz xərcləri 561 min manat , qeyri-faiz gəlirləri 2,33 mln manat , qeyri-faiz xərcləri 4,882 mln manat təşkil edib. Ötən ilin müvafiq dövrüylə müqayisədə bu il bankın faiz gəlirləri 49,4 % və faiz xərcləri 34 % azalıb, qeyri-faiz gəlirləri 5,2 % və qeyri-faiz xərcləri isə 20,5 % çoxalıb.

Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 mln. manatdır. Bankın səhmlərinin 99,64%-i Hikmət Abuzər oğlu İsmayılova , 0,18%-i Tahir Cəmil oğlu Muradova, 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər