20 C
Baku
Saturday, May 25, 2024

“AFB Bank”ın maliyyə vəziyyəti məlum oldu

Bu ilin yanvar-mart aylarında “AFB Bank”ın gəlirləri 8 milyon 90 min manat (əvvəlki ilə nisbətən 22% çox), xərcləri 5 milyon 668 min manat olub.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu il yanvarın 1-nə “AFB Bank”ın aktivləri 290 milyon 685 min manat olub. Bunun 176 milyon 897 min manatı müştərilərə verilmiş  kreditlərdir. Ötən ilin sonunda bankın kredit portfeli 180 milyon 50 min manat olub.

Hesabat dövründə bankın cəmi öhdəlikləri 210 milyon 404 min manat, cəmi kapitalı 80 milyon 281 min manat təşkil edib.

Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70.393 milyon manatdır. Bankın səhmlərinin 99.64 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik səhmdarı, “Bank of Baku” ASC-nin 31.11 %-lik səhmdarı), 0.18 %-i Cəmil Tahir oğlu Muradova (“Gilan Holdinq” MMC-nin İdarə Heyətinin sədri), 0.18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər