24 C
Baku
Friday, September 27, 2024

“AFB Bank”ın rəhbərliyinə təyinat

“AFB Bank” ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib.

Banker.az xəbər verir ki, Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən Amanova Şadiyyə Mail qızı Müşahidə Şurasının üzvü seçilib

Amanova Ş.M. 1978 –ci ildə anadan olub.

1997 – 2001 -ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “ Mühəndis İqtisadiyyatı və İdarəetmə ” ixtisası üzrə bakalavr , 2001 -2003 –cü illərdə isə həmin universitetin “Maliyyə və Kredit ” üzrə magistr dərəcəsinə yiyələnmişdir.

2019-cu ildə Harvard VPAL –FİNTECH online kursunu müvəffəqiyyətlə bitirmiş, hal-hazırda fəlsəfə doktoru proqramı ( Ph. D) üzrə namizəddir. Şadiyyə xanım ixtisası üzrə bir çox yerli və beynəlxalq seminar, treyninq-kurslarda, simpoziumlarda iştirak etmişdir. O, bank sahəsində fəaliyyətinə 2005 -ci ildə Zaminbank ASC-də başlamış, 2009-cu ildən bu günə kimi AFB Bank ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışır. Buna qədər bankda Audit komitəsinin sədri olaraq əmək fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Ş.Amanova Azərbaycan Dövlət İqtisad Universiteti Mühəndis iqtisadiyyatı və idarəetmə üzər bakalavr, Maliyyə və kredit magistr dərəcələrinə sahibdir.

Son xəbərlər
Digər xəbərlər