2 C
Baku
Saturday, December 14, 2024

“AFB Bank”ın səhmdarları xalis mənfəətin bölüşdürülməsini müzakirə edəcəklər

Fevralın 24-də “AFB Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə bankdan məlumat verilir.

“AFB Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı fevralın 24-nə çağırılıb. Gündəlikdə duran əsas məsələ 2018-ci il ərzində xalis mənfəətin bölüşdürülməsidir”, – bankdan qeyd ediblər.

Bundan əlavə, səhmdarlar bankın cari fəaliyyəti ilə əlaqədar digər məsələləri də müzakirə edəcəklər.

Bankın Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun maliyyə hesabatına əsasən, 2018-ci il ərzində “AFB Bank”ın xalis mənfəəti 29,979 milyon manat təşkil edib.

“AFB Bank” 2008-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və aktivlərin həcminə görə ölkənin 15 aparıcı bankı sırasına daxildir. Bankın səhmdarları 3 fiziki şəxsdir.

Son xəbərlər
Digər xəbərlər