14 C
Baku
Thursday, February 19, 2026

“AFB Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

“AFB Bank” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbəti ümumi yığıncağının keçiriləcəyini elan edib.

Banker.az xəbər verir ki, bankın Müşahidə Şurasının qərarına əsasən, iclas 03 aprel 2026-cı il tarixində, saat 10:00-da Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, Nəriman Nərimanov prospekti 206 ünvanında yerləşən baş inzibati binada baş tutacaq.

İclasın gündəliyi:

  1. Emitent “AFB Bank” ASC-nin 2025-ci il üzrə İllik İdarəetmə Hesabatının təsdiq edilməsi;

  2. 31 dekabr 2025-ci il tarixinə bitən maliyyə ili üzrə kənar auditor tərəfindən təsdiqlənmiş Maliyyə Hesabatının Auditor Rəyi ilə birlikdə təsdiq edilməsi;

  3. Digər məsələlər.

Səhmdarlar gündəlik üzrə materiallarla iclas tarixinədək iş günləri saat 09:00-dan 18:00-dək bankın baş inzibati binasında tanış ola bilərlər.

Bildirilib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, səhmdar Ümumi Yığıncaqda iştirak hüququnu şəxsən və ya nümayəndəsi vasitəsilə həyata keçirə bilər. Nümayəndə qanunvericiliyə uyğun qaydada tərtib olunmuş etibarnaməyə malik olmalıdır.

Son xəbərlər
Digər xəbərlər