16 C
Baku
Thursday, April 25, 2024

“AFB Bank”ın Sumqayıt filialı yeni ünvanda®

Ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC müştəri xidmətlərinin təkmilləşdirilməsi və daha yüksək səviyyədə xidmət göstərilməsi üçün daim səy göstərir. Xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə Bankın “Sumqayıt” filialı yeni ünvana köçürülmüşdür.

17 avqust 2020-ci il tarixindən etibarən müştərilər Sumqayıt şəhəri, 5-ci mikrorayon Nəriman Nərimanov prospekti, 53A ünvanında yerləşən “Sumqayıt” filialının yeni ofisində müxtəlif növ bank xidmətlərindən istifadə edə bilərlər. Yeni filialda müştərilərə əmanət və cari hesabların açılması, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, hesablaşma-kassa əməliyyatları, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və digər bank xidmətlərini təklif edilir.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Sosial izolyasiya tədbirlərini nəzərə alan Bank müştərilərinə daha çox rəqəmsal kanallarla xidmət etməyi hədəfləyib. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

 

 

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər