17 C
Baku
Thursday, May 23, 2024

AFFA Azərbaycandakı futbola 2021-ci ildə 22 milyon manatlıq xərc çəkib

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) 2021-ci ildəki xərcləri bəlli olub.

Banker.az saytının məlumatına görə, bu, ötən ilin maliyyə hesabatında əksini tapıb.

Qurumun 2021-ci ildə əsas fəaliyyət xərcləri 21 milyon 845 min 343 manat təşkil edib.

AFFA-nın xərclərinin 12 milyon 164 min 708 manatı milli komandalara sərf olunub. Bundan başqa, 3 milyon 896 min 672 manatı əmək haqqı və ezamiyyə xərclərinə, U-10-dan başlayaraq qız və oğlanlar arasında liqaların təşkilinə 753 min 145 manat, 1 milyon 634 min 388 manatı hakimlər və hakim-inspektorlara, 558 min 839 manatı təsərrüfat xərclərinə, 839 min 415 manatı oyunların təşkilinə, 122 min 462 manatı aviabilet və otel xərclərinə, 304 min 968 manatı nəqliyyat xərclərinə, 153 min 730 manatı kommunal və rabitə xərclərinə, 61 min 28 manatı təhsilə, 126 min 32 manatı Marketinq və Sponsorluq Departamentinə, 315 min 754 manatı “Elit Məşq”, 59 min 621 manatı “Futbol dərsi” layihəsinə, 545 min 902 manatı “COVİD -19” pandemiyasının təsiri ilə əlaqədar, 308 min 509 manatı isə digər xərclərə ayrılıb. Bundan sonra 4 milyon 791 min 236 manat qalıq qalıb.

Milli Komandanın son nəticələri:

7/9/2021 Azərbaycan 0 – 3 Portuqaliya
9/10/2021 Azərbaycan 0 – 3 İrlandiya
12/10/2021 Serbiya 3-1 Azərbaycan
11/11/2021 Azərbaycan 1-3 Lüksemburq
Son xəbərlər
 ⁠
Digər xəbərlər