26 C
Baku
Saturday, July 27, 2024

AFFA-da icraçı vitse-prezident vəzifəsi ləğv olunur

AFFA-da icraçı vitse-prezident vəzifəsi ləğv ediləcək.

Bunu AFFA-nın yeni baş katibi Sərxan Hacıyev deyib.

O bildirib ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov mayın 1-dən Fransanın paytaxtı Parisdə FIFA-dakı yeni işinə başlayacaq. Bu səbəbdən də E.Məmmədov Elşad Nəsirov, Rauf Əliyev və Vaqif Sadıqov kimi ictimai əsaslarla vitse-prezident işləyəcək və AFFA-dan maaş almayacaq.

AFFA-nın növbəti İcraiyyə Komitəsinin iclasında baş katibin vəzifələri tam dəqiqliklə müəyyənləşdiriləcək və icraçı vitse-prezident vəzifəsi rəsmən ləğv olunacaq.

Qeyd edək ki, Elxan Məmmədov FIFA-da Avropa Milli Assosiasiyaları üzrə direktor vəzifəsinə təyin olunub.

 

 

Son xəbərlər
Digər xəbərlər