23 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

AFFA İntizam Məcəlləsində dəyişikliklər edilib

Screen Shot 2021 09 02 at 14.34.20

AFFA İntizam Komitəsi (İK) 2021-2022-ci il mövsümü üçün İntizam Məcəlləsinə bir neçə dəyişiklik edib.

Bu barədə İK sədri Erkin Hüseynov məlumat verib. Onun sözlərinə görə, maddələrin bəzilərində sanksiyalar, bəzilərində isə terminlər dəyişdirilib

Hüseynov bildirib ki, məcəllədəki dəyişikliklər zamanın tələbinə uyğundur. İntizam Məcəlləsinin yeni tam mətni çapdan çıxdıqdan sonra klublara çatdırılacaq.

O, həmin dəyişiklikləri təqdim edib:

Təklif 1:

Maddə 50:Texniki Məğlubiyyət

Əsasnamədə qeyd olunub ki, Premyer Liqa, Azərbaycan Kuboku və I Divizion oyunlarına adları matçın protokolunda göstərilmiş futbolçular buraxılır (3.Yarışların təşkili və keçirilmə şərtləri, səhifə 7). Lakin bu maddədə protokolda adı qeyd olunmayan futbolçunun oyunda iştirak etməsinə görə nəinki pul cəriməsi, həmçinin texniki məğlubiyyət də nəzərdə tutulmayıb. Bu səbəbdən? maddəyə əlavə təklif edilib:

Maddə 50.5. Protokolda adı qeyd olunmayan futbolçu oyunda iştirak edirsə, onun iştirak etdiyi kluba 0:3 (futzal 0:5) hesablı məğlubiyyət verilir və klub 4 000 (dörd min) manat məbləğində cərimə olunur.

Təklif 2:

Maddə 69. Futbol formasının standartlarının pozulması

Maddə 69.3-ün daha da dəqiqləşməsinə ehtiyac var, çünki burada qeyd olunan “adın düzgün yazılmaması” anlayışı genişdir. Bu səbəbdən, təklif olunur:

Əvvəlki Maddə 69.3: Futbolçunun formasının üzərində (sifariş vərəqəsində göstərilən) adın düzgün yazılmamasına və nömrənin olmamasına görə klub 3 000 (üç min) manat cərimə olunur.

Yeni dəyişiklik olunmuş Maddə 69.3: Futbolçunun formasının üzərində adın düzgün yazılmamasına və nömrənin olmamasına görə klub 3 000 (üç min) manat məbləğində cərimə olunur. Başqa sözlə, “sifariş vərəqəsində göstərilən” sözü çıxarılıb.

Təklif olunur

Maddə 69.3: Futbolçunun formasındakı adın Peşəkar Futbol Liqasının əsasnaməsində göstərilən standarta uyğun yazılmamasına və ya nömrənin olmamasına görə klub 3 000 (üç min) manat məbləğində cərimə olunur.

Təklif 3:

Maddə 41: Təhqir

Yeni dəyişiklik olunmuş maddə 41.4-də “rəsmi şəxslər” sözü maddədən çıxarılıb . Bu zaman belə anlaşılır ki, məsələn, baş məşqçi klub rəhbərini, digər məşqçiləri və.s təhqir etsə, həmin şəxsə sanksiya tətbiq olunmayacaq. “Rəsmi şəxs” dedikdə klubda çıxış edən futbolçulardan başqa vəzifəsindən (məsələn, inzibati, idman sahəsində və s.), fəaliyyətindən və onun davamlılığından asılı olmayaraq, hər hansı şəxs nəzərdə tutulur; xüsusən də klub rəhbərləri, menecerlər, məşqçilər və tibbi personal (Maddə 5. Anlayışlar). Təbii ki, bu hal qəbul edilməzdir. Ona görə də təklif maddənin əvvəlki kimi saxlanılmasıdır. Sadəcə, “məbləğində” sözü “cərimələnir” sözünün qarşısına əlavə olunsun.

Yeni dəyişiklik olunmuş maddə 41.4: Oyunun rəsmi şəxslərinə, rəqibə və azarkeşlərə qarşı təhqiredici hərəkətə, sözlərə və jestlərə görə rəsmi şəxs 5 oyunluq cəzalanır və klub 4 000 (dörd min) manat məbləğində cərimə edilir.

Əvvəlki maddə 41.4: Rəsmi şəxslərə, oyunun rəsmi şəxslərinə, rəqibə və azarkeşlərə qarşı təhqiredici hərəkətə, sözlərə və jestlərə görə rəsmi şəxs 5 oyunluq cəzalanır və klub 4 000 (dörd min) manat cərimələnir.

Təklif 4:

Maddə 41: Təhqir

Yeni dəyişiklik olunmuş maddə 41.6 – də “oyunun rəsmi şəxslərinin” sözü əlavə olunub. Bu səbəbdən artıq maddədəki “hakim” sözü ayrılıqda yazılmamalı, buradan çıxarılmalıdır. Çünki “Oyunun rəsmi şəxsləri” dedikdə AFFA nümayəndəsi, hakim inspektor və oyunun hakimləri, oyunla əlaqədar AFFA və PFL-in təyin etdiyi təhlükəsizliyə cavabdeh şəxs və digər məsul şəxslər nəzərdə tutulur. (Maddə 5 Anlayışlar)

Əvvəlki maddə 41.6: Azarkeşlər hakim, futbolçu və rəsmi şəxslərin ünvanına qeyri-etik, təhqiramiz ifadələr işlədərsə, təhqiramiz çağırışlar səsləndirərsə və təhqir, irqçilik məzmunlu banerlər nümayiş etdirərsə, həmin tərəfdarların dəstəklədikləri klub 4000 (dörd min) manat cərimə olunur. Ciddi pozuntular zamanı əlavə sanksiyalar tətbiq olunur. Bu sanksiyalar azarkeşlərin stadiona girişinə qadağa qoyulması və oyunun neytral meydanda keçirilməsidir.

Yeni dəyişiklik olunmuş maddə 41.6: Azarkeşlər tərəfindən hakim, futbolçu, rəsmi şəxslərin, oyunun rəsmi şəxslərinin ünvanına qeyri-etik, təhqiramiz ifadələr işlədilərsə, təhqiramiz çağırışların səsləndirilərsə və təhqir, irqçilik məzmunlu banerlər nümayiş etdirilərsə, həmin azarkeşlərin dəstəklədikləri klub 4000 (dörd min) manat məbləğində cərimə olunur. Ciddi pozuntular zamanı əlavə sanksiyalar tətbiq olunur. Bu sanksiyalar azarkeşlərin stadiona girişinə qadağa qoyulması və oyunun neytral meydanda keçirilməsidir.

Təklif olunur

Maddə 41.6: Azarkeşlər tərəfindən futbolçu, rəsmi şəxslərin, oyunun rəsmi şəxslərinin ünvanına qeyri-etik, təhqiramiz ifadələr işlədilərsə, təhqiramiz çağırışların səsləndirilərsə və təhqir, irqçilik məzmunlu banerlər nümayiş etdirilərsə, həmin azarkeşlərin dəstəklədikləri klub 4000 (dörd min) manat məbləğində cərimə olunur. Ciddi pozuntular zamanı əlavə sanksiyalar tətbiq olunur. Bu sanksiyalar azarkeşlərin stadiona girişinə qadağa qoyulması və oyunun neytral meydanda keçirilməsidir.

Təklif 5:

Maddə 49: İctimai asayişin və təhlükəsizliyin təmin edilməməsi

Maddə 49.5-də olan “matç zamanı” sözü PFL Texniki İdman Şöbəsi tərəfindən yetərsiz sayılıb və öz növbəsində Əsasnamədə bu məsələ tənzimlənib. Əsasnaməni nəzərə alaraq, “matç zamanı” sözü “oyundan əvvəl, oyun zamanı, oyundan sonra və ya fasilə zamanı” sözləri ilə əvəz olunması PFL-in Texniki İdman Şöbəsi tərəfindən bildirilib. Bu halda maddəyə dəyişiklik təklifi aşağıdakıdır:

Əvvəlki Maddə 49.5: Matç zamanı stadionların paltardəyişmə otaqlarında, dəhlizdə, hakimlər otağının ətrafında, texniki zonada klubun mühafizəçiləri iştirak edərsə, klub 1600 (min altı yüz) manat cərimələnir.

Yeni dəyişiklik olunmuş maddə 49.5: Matç zamanı stadionların paltardəyişmə otaqlarında, dəhlizdə, hakimlər otağının ətrafında, texniki zonada klubun mühafizəçiləri iştirak edərsə, klub 800 (səkkiz yüz) manat məbləğində cərimələnir.

Təklif olunur

Maddə 49.5: Oyundan əvvəl, oyun zamanı, oyundan sonra və ya fasilə zamanı stadionların paltardəyişmə otaqlarında, dəhlizdə, hakimlər otağının ətrafında, texniki zonada (eləcədə əlavə yerlərdə) klubun mühafizəçiləri iştirak edərsə, klub 1600 (bir min altı yüz) manat məbləğində cərimələnir. Əgər bu hal təkrarlanarsa, hər dəfə cəriməyə 1600 (bir min altı yüz) manat əlavə olunacaq (2-ci dəfə 3200 (üç min iki yüz) manat, 3-cü dəfə 4800 (dörd min səkkiz yüz) manat və s.).

Təklif 6:

Maddə 49: İctimai asayişin və təhlükəsizliyin təmin edilməməsi

Yeni dəyişiklik olunmuş Maddə 49.5-də cərimənin miqdarı Maddə 60 ilə toqquşduğu zənn edilərək (məcəllədə 9-cu bəndin bəzi mühüm məsələləri xüsusi normalar ilə tənzimlənir), 1600 (bir min altı yüz) manat məbləğindən 800 (səkkiz yüz) manat məbləğinə azaldılıb.

Əvvəlki Maddə 49.5 Matç zamanı stadionların paltardəyişmə otaqlarında, dəhlizdə, hakimlər otağının ətrafında, texniki zonada klubun mühafizəçiləri iştirak edərsə, klub 1600 (min altı yüz) manat cərimələnir.

Yeni dəyişiklik olunmuş Maddə 49.5 Matç zamanı stadionların paltardəyişmə otaqlarında, dəhlizdə, hakimlər otağının ətrafında, texniki zonada klubun mühafizəçiləri iştirak edərsə, klub 800 (səkkiz yüz) manat məbləğində cərimələnir.

Maddə 53: Reklam banerlərinin yerləşdirilməsi

Yeni dəyişiklik olunmuş Maddə 53.1-də cərimənin miqdarı maddə 60-ilə toqquşduğu zənn edilərək (məcəllədə 9-cu bəndin bəzi mühüm məsələləri xüsusi normalar ilə tənzimlənir), 1600 (bir min altı yüz) manat məbləğindən 800 (səkkiz yüz) manat məbləğinə azaldılmışdır, burda reklamı olunan şirkətlərin PFL-ilə olan kommersiya münasibətləri nəzərə alınmayıb.

Əvvəlki Maddə 53.1 Meydan sahibi komanda AFFA və PFL-in təqdim etdiyi reklam bannerlərini yerləşdirməzsə, klub 1600 (min altı yüz) manat cərimə olunur.

Yeni dəyişiklik olunmuş Maddə 53.1 Meydan sahibi komanda AFFA və PFL-in təqdim etdiyi reklam bannerlərini yerləşdirməzsə, klub 800 (səkkiz yüz) manat məbləğində cərimə olunur.

Maddə 87: Qonaq komandanın azarkeşləri üçün ayrılan yerə görə pozuntular

Yeni dəyişiklik olunmuş Maddə 87-də cərimənin miqdarı maddə 60-ilə toqquşduğu zənn edilərək (məcəllədə 9-cu bəndin bəzi mühüm məsələləri xüsusi normalar ilə tənzimlənir), 4 000 (dörd min) manat məbləğindən 800 (səkkiz yüz) manat məbləğinə azaldılıb. Artıq belə olduğu halda, məsələn, “Qarabağ” – “Neftçi” oyununu misal götürək, Ağdam klubu 800 manat ödəməyi nəzərə alıb “Neftçi” azarkeşlərini oyuna buraxmaya bilər. Əksinə, bu maddədə məbləğ artırılmalıdır. Sanksiyanın əsas məqsədlərindən biri klubları normanı pozmaqdan yayındırmaq, çəkindirməkdir. Ona görə də sanksiya nəinki yüngülləşməli, daha da sərtləşməlidir. Bu kimi səbəblərdən bu maddə və digər sadalanan maddələr (49.5, 53.1) əvvəlki kimi saxlanılmalıdır.

Əvvəlki Maddə 87: Ev sahibi klub, tələb olunarsa, müvafiq məbləğ qarşılığında qonaq komandanın azarkeşləri üçün stadionun tutumunun 20%-i qədər yer ayırmasa və rəqib klub ilə əvvəlcədən razılaşdırmadığı halda, fərqli qiymət tətbiq olunsa, ev sahibi klub 4000 (dörd min) manat məbləğində cərimə olunur.

Yeni dəyişiklik olunmuş Maddə 87: Ev sahibi klub, tələb olunarsa, müvafiq məbləğ qarşılığında qonaq komandanın azarkeşləri üçün stadionun tutumunun 20%-i qədər yer ayırmasa və fərqli qiymət tətbiq olunsa, 800 (səkkiz yüz) manat məbləğində cərimə olunur.

Təklif 7:

Həmçinin Maddə 60-ın daha da dəqiqləşdirilməsi, konkretləşdirilməsi lazımdır ki, bu kimi (Təklif 6 da göstərilən) hallar olmasın. Bu əsasdan çıxış edərək, Maddə 60-a dəyişiklik təklifi aşağıdakıdır:

Maddə 60. PFL-in əsasnaməsinin 9-cu bəndinin tələblərinin pozulması

Əvvəlki Maddə 60: Meydan sahibi komanda PFL-in Əsasnaməsinin 9-cu bəndində qeyd olunan şərtləri yerinə yetirmədiyi təqdirdə, 800 (səkkiz yüz) manat məbləğində cərimələnir.

Təklif edilən Maddə 60: Klub bu məcəllənin xüsusi normaları ilə tənzimlənməyən, PFL-in Əsasnaməsinin 9-cu bəndində qeyd olunan digər şərtləri yerinə yetirmədiyi təqdirdə, 800 (səkkiz yüz) manat məbləğində cərimələnir.

Təklif 8:

Maddə 47:Hakimin qərarına etiraz etmək

Əsasən klubların məşqçiləri oyundan əvvəl, sonra və ya fasilə zamanı hakimlərə etiraz etdikdən sonra birbaşa qırmızı vərəqə və ya ikinci sarı vərəqə ilə cəzalandıqda bu məsələ intizam məcəlləsində doğru tənzimlənmirdi. Yeni əlavə olunmuş maddə 47.2-də bu hal tənzimlənib, lakin oyundan əvvəl və fasilə zamanı nəzərdə tutulmayıb. Eyni hal futbolçularda da keçərlidir. Bunun üçün təklif olunur:

Əvvəlki Maddə 47: Oyunçu oyun ərzində ikinci xəbərdarlığa, “sonuncu ümid folu”na görə meydandan çıxarılırsa və ya hakimin qərarından narazı olduğunu açıq-aşkar nümayiş etdirərsə, o, 1 oyun kənarlaşdırılır və bu hərəkətə görə klub 200 (iki yüz) manat məbləğində cərimələnir.

Yeni dəyişiklik olunmuş Maddə 47.2: Oyun bitdikdən sonra hər hansı klubun rəsmi şəxsi hakimin qərarına etirazını bildirərək, birbaşa qırmızı vərəqə ilə cəzalanarsa o, matçlardan 1 oyun kənarlaşdırılır və həmin klub 800 (səkkiz yüz) manat məbləğində cərimə edilir.

Təklif edilən 47.1. Futbolçu oyun ərzində ikinci xəbərdarlığa, “sonuncu ümid folu”na görə meydandan çıxarılırsa, o, 1 oyun kənarlaşdırılır və bu hərəkətə görə klub 200 (iki yüz) manat məbləğində cərimələnir.

Təklif edilən 47.2. Futbolçu oyundan əvvəl, sonra və ya fasilə zamanı hakimin qərarına etirazını bildirərək birbaşa qırmızı vərəqə və ya ikinci sarı vərəqə ilə cəzalanarsa, o, 1 oyun kənarlaşdırılır və bu hərəkətə görə klub 200 (iki yüz) manat məbləğində cərimələnir.

Təklif edilən 47.3. Rəsmi şəxs oyundan əvvəl, sonra və ya fasilə zamanı hakimin qərarına etirazını bildirərək, birbaşa qırmızı vərəqə və ya ikinci sarı vərəqə ilə cəzalanarsa, o, 1 oyun kənarlaşdırılır və həmin klub 800 (səkkiz yüz) manat məbləğində cərimələnir.

Təklif 9:

Maddə 59. Stadionda məcburi avtomobillərin olmaması (təcili yardım, polis)

Yeni dəyişiklik olunmuş Maddə 59.5-ə belə bir əlavə edilib ki, klub stadionu tərk etmiş polis və təcili yardım maşınlarını 15 dəqiqə ərzində yeni briqada ilə əvəzləməsə, oyun dayandırılmalı və meydan sahibi 2 400 (iki min dörd yüz) manat məbləğində cərimə olunmalıdır. Beynəlxalq oyunlarda belə hallar nəzərə alınaraq matçlarda iki ədəd təcili tibbi yardım maşını oyun boyu stadionda olur, PFL bayrağı altında keçirilən oyunlarda isə bir ədəd təcili tibbi yardım maşını olur. Azərbaycan da bu standartlara keçmək istəyir, amma bildiyiniz kimi, klublar təcili tibbi yardım maşınının gəlməsi üçün bəlli məbləğ ödəyirlər. Maddi vəziyyəti nəzərə alsaq, təcili tibbi yardım maşının iki ədəd olması çətin görünür. Futbolçunun həyat və sağlamlığı üçün iki komandanın həkimlər briqadası texniki zonada olur və hər bir stadionda ən vacib dərman preparatları ilə təmin olunmuş həkim otaqları var. Oyun vaxtı təcili tibbi yardım maşını futbolçunu xəstəxanaya apararkən oyun davam etdirilir. Bu zaman hər hansı futbolçu stadionu təcili tibbi yardım maşını ilə tərk etməyə məcbur qalarsa və ya stadionda hər hansı şəxsə tibbi müdaxiləyə ehtiyac görülərsə, AFFA nümayəndəsinin nəzarəti altında həkimlər bunu yerinə yetirə bilər. Ehtiyac yaranarsa, tibb otağından da istifadə olunması mümkündür. AFFA nümayəndəsi meydan sahibi komandanın müvafiq şəxsi ilə tərk etmiş təcili tibbi yardım maşınının qayıtmasına və ya yenisinin gəlməsinə nəzarət etməlidir, meydan sahibi klub isə bunu təmin etməyə borcludur. Təklif belədir ki, bu maddə 59.5 əvvəki kimi saxlanılsın.

Əvvəlki Maddə 59.5: Polis və təcili yardım maşını hər hansı hadisəyə görə stadionu tərk edərsə, meydan sahibi klub onu yeni briqada ilə əvəzləməlidir.

Yeni dəyişiklik olunmuş Maddə 59.5: Polis və təcili yardım maşını hər hansı hadisəyə görə stadionu tərk edərsə, meydan sahibi klub onu yeni briqada ilə əvəzləməlidir. Klub stadionu tərk etmiş polis və təcili yardım maşınlarını 15 dəqiqə ərzində yeni briqada ilə əvəzləməsə, oyun dayandırılmalı və meydan sahibi 2 400 (iki min dörd yüz) manat məbləğində cərimə olunmalıdır.

Təklif 10:

Maddə 67. İcazəsiz hakimlər otağına daxil olma

Yeni dəyişiklik olunmuş Maddə 67.1-də tamamilə yanlışdır. Ən əsas yanlış budur ki, AFFA nümayəndəsinin belə bir icazə vermək hüququ yoxdur. O, özü üçün ayırılmış otaqda klubun rəsmi şəxsləri ilə hakimin görüşməsinə icazə verə bilər. Həm “Maddə 67: İcazəsiz hakimlər otağında daxil olma”nın “Maddə 67: Kənar şəxslərin hakimlər otağına daxil olması” olaraq dəyişdirliməsi, həm də maddənin aşağıda göstərildiyi kimi olması təklif edilir.

Yeni dəyişiklik olunmuş Maddə 67.1: Klubların futbolçuları, texniki heyətin üzvləri, rəsmi şəxslər və komandaların rəhbərləri oyunun əvvəlində, fasilə zamanı və oyundan sonra AFFA nümayəndəsinin icazəsi olmadan hakimlər otağına daxil olarsa, həmin şəxs 1 oyun matçlardan kənarlaşdırılır və klub 1 600 (bir min altı yüz) manat məbləğində cərimələnir.

Əvvəlki Maddə 67.1: Oyun iştirakçısı klubların futbolçuları və texniki heyətinin üzvü oyunun əvvəlində, fasilə zamanı və oyundan sonra icazəsiz hakimlər otağına daxil olarsa, həmin şəxs 1 oyun, klub isə 1600 (min altı yüz) manat məbləğində cərimələnir.

Əvvəlki Maddə 67.2: Qonaq komandanın birbaşa və ya dolayısı üzvləri (futbolçuları və texniki heyəti xaricində) oyunun əvvəlində, fasilə zamanı və oyundan sonra icazəsiz hakimlər otağına daxil olarsa, qonaq komanda, digər bütün hallarda isə meydan sahibi klub 1600 (min altı yüz) manat məbləğində cərimələnir.

Təklif olunan Maddə 67.1: Futbolçu oyundan əvvəl, oyun ərzində, fasilə zamanı və oyundan sonra hakimlər otağına daxil olarsa, həmin şəxs 1 oyun kənarlaşdırılır, klub isə 1600 (bir min altı yüz) manat məbləğində cərimələnir.

Təklif olunan Maddə 67.2: Rəsmi şəxslərin oyundan əvvəl, oyun ərzində, fasilə zamanı və oyundan sonra hakimlər otağına daxil olarsa, həmin şəxs 2 oyun kənarlaşdırılır, klub isə 3200 (üç min iki yüz) manat məbləğində cərimələnir.

Təklif 11:

Maddə 79 İşıqlandırmanın pozulması və oyunda fasilələr

İşıqlandırma ilə bağlı məsələ ümumiyyətlə düzgün tənzimlənməyib. Bu səbəbdən, PFL-in Texniki İdman Şöbəsi ilə məsləhətləşmələrdən sonra təklif aşağıdakı kimi olub:

Yeni dəyişiklik olunmuş maddə 79.1: Stadionda işıqlandırma səbəbindən oyun yarımçıq dayanarsa və ya oyunda 30 dəqiqədən artıq fasilə olarsa, meydan sahibi komanda 4 000 (dörd min) manat məbləğində cərimə olunur.

Yeni dəyişiklik olunmuş maddə 79.2: Stadionda işıqlandırma səbəbindən oyun başa çatdırılmayaraq yarımçıq dayandırılarsa və ya oyunda fasilələr olarsa, meydan sahibi komanda 4000 (dörd min) manat məbləğində cərimə olunur.

Əvvəlki Maddə 79: Stadionda işıqlandırma səbəbindən oyun yarımçıq dayandırılarsa və ya oyunda fasilələr olarsa, meydan sahibi komanda 4000 (dörd min) manat cərimə olunur.

Təklif olunan Maddə 79.1: Stadionda işıqlandırma səbəbindən oyunda 10 dəqiqəyədək fasilə olarsa, meydan sahibi komanda 800 (səkkiz yüz) manat məbləğində cərimə olunur.

Təklif olunan maddə 79.2: Stadionda işıqlandırma səbəbindən oyunda 10 dəqiqədən artıq fasilə yaranarsa və ya fasilə bir neçə dəfə olarsa , meydan sahibi komanda 2400 (iki min dörd yüz) manat məbləğində cərimə olunur.

Təklif olunan maddə 79.3: Stadionda işıqlandırma səbəbindən oyun yarımçıq dayanarsa və ya oyunda 30 dəqiqədən artıq fasilə olarsa, oyun təxirə salınır və meydan sahibi komanda 4000 (dörd min) manat məbləğində cərimə olunur.

Təklif 12

Maddə 49. İctimai asayişin və təhlükəsizliyin təmin edilməməsi

Maddə 49.7 Bu maddədə yeni dəyişiklik olunub, maddənin tənzimlədiyi münasibət dəyişdirilib. Klub rəsmisi oyunu ləngitmək və ya oyunun gedişatına müdaxilə etmək (rəqibin əks-hücumunun qarşısını almaq və.s) üçün meydana qəsdən heyvan buraxması cəzasız qalacaq. Azarkeşlərin stadiona heyvanla gəlməsi PFL-in əsasnaməsi ilə qadağan edilib. Buna uyğun olaraq təklif aşağıdakı kimidir:

Əvvəlki maddə 49.7 Oyun zamanı bilərəkdən meydana hər hansı heyvanın buraxılmasına görə yerli komanda 800 (səkkiz yüz) manat cərimələnir.

Yeni dəyişiklik olunmuş maddə 49.7 Oyun zamanı azarkeşlər tərəfindən qəsdən meydana hər hansı bir heyvanın buraxılmasına görə yerli komanda 800 (səkkiz yüz) manat məbləğində cərimələnir.

Təklif olunan Maddə 49.7: Rəsmi şəxslər və futbolçular tərəfindən oyun zamanı qəsdən meydançaya hər hansı bir heyvanın buraxılmasına görə səbəbkar klub 1600 (bir min altı yüz) manat məbləğində cərimə olunur.

Təklif olunan Maddə 49.8: Azarkeş stadiona heyvan ilə daxil olarsa meydan sahibi klub 800 (səkkiz yüz) manat məbləğində cərimə olunur.

Təklif olunan Maddə 49.9: Azarkeş oyunun gedişində meydançaya heyvan buraxarsa, onun dəstəklədiyi komanda 800 (səkkiz yüz) manat məbləğində cərimə olunur.

Təklif 13

Maddə 90. İctimai asayişin və təhlükəsizliyin təmin edilməməsi

Əvvəlki Maddə 90: Stadionun pandemiyaya qarşı mübarizə üçün lazımi avadanlıqlarla təchiz olunmamasına, əsasnaməyə əlavədə göstərilən dezinfeksiya prosedurlarını lazımınca yerinə yetirilməməsinə görə meydan sahibi klub 1 000 (min) manat cərimələnir.

Yeni dəyişiklik olunmuş Maddə 90: Stadionun pandemiyaya qarşı mübarizə üçün lazımi avadanlıqlarla təchiz olunmamasına, əsasnaməyə əlavədə göstərilən dezinfeksiya prosedurlarının lazımınca yerinə yetirilməməsinə görə meydan sahibi klub 800 (səkkiz yüz) manat məbləğində cərimələnir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər