AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri dəyişib

Sərxan Hacıyev AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri vəzifəsindən ayrılıb.

Bu barədə Hacıyevin özü məlumat verib.

O, Elçin Məmmədovun yenidən bu posta qayıtdığını bildirib: “Uzun müddət Lisenziyalaşdırma qrupuna Elçin müəllim rəhbərlik edib və həmin şöbədə çalışıb. O, 2017-ci ildə AVRO-2020 layihəsi ilə bağlı UEFA-dan dəvət aldı və qurumun əməkdaşı kimi çalışırdı. Layihə bitdi, artıq 1,5 aydır AFFA-ya geri dönüb və Lisenziyalaşdırma qrupunun rəhbəri vəzifəsinə təyin olunub”.

Hacıyev özünün Lisenziyalaşdırma qrupunda yer almadığını və AFFA-da baş katibin müavini kimi işinə davam edəcəyini sözlərinə əlavə edib.

 

Son xəbərlər
Digər xəbərlər