Afina aeroportu yenidən rekorda imza atıb

Afinanın Elefterios Venizelos aeroportu yenidən rekorda imza atıb. Belə ki, aeroport ötən il 25,57 milyon sərnişinə xidmət edib. Bu rəqəm 2018-ci illə müqayisədə 6 faiz çoxdur.

Qeyd olunur ki, beynəlxalq sərnişinlərin sayı 10 ,9 faiz çoxalıb. Ümumiyyətlə isə uçuşların sayı 2019-cu ildə 225 min 628-ə çatıb. 2020-ci ildə hava limanında yeni terminal fəaliyyətə başlayacaq və sərnişin axının bir hissəsini öz üzərinə götürəcək.

©Azərtac


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları