14 C
Baku
Saturday, November 16, 2024

“AFN Travel MMC-də külli miqdarda mənimsəmə faktı aşkarlanıb

“AFN Travel” MMC-nin təsisçisi Coşqun Talıbovun həmin cəmiyyətin direktoru və digər vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu barədə  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalar zamanı cəmiyyətin direktoru Elvin Əsgərovun baş mühasib Aygün Fətəliyeva və Daxili turizm departamentinin müdiri Niftulla Nəcəfovla əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə cəmiyyətin bank hesabından nağd şəkildə götürdükləri onlara etibar edilmiş 249 min manat məbləğində pul vəsaitini cəmiyyətin xəzinəsinə mədaxil etməyərək mənimsəmələrinə və digər maliyyə pozuntularına yol vermələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Report

Son xəbərlər
Digər xəbərlər