8 C
Baku
Friday, March 29, 2024

AFR sakinlərinin əsas problemi miqrasiya deyil – sorğu

Ətraf mühit problemləri – Avropa Parlamentinə seçkilər ərəfəsində alman seçiciləri arasında narahatlıq doğuran əsas məsələlərdən biridir. Miqrasiya problemi arxa plana keçib, Die Welt qəzeti yazır.

Banker.az xəbər verir ki, sorğulanan alman vətəndaşlarının 34% əsas problem kimi ekologiyanı, 32% isə miqrasiyanı görür. Sülh və təhlükəsizlik problemləri isə əhalinin 26%-ni narahat edir. 23% isə dövlət borcu məsələsini ən vacib mövzu hesab edir.

Sorğuda minlərlə insan iştirak edib, respondentlər təklif olunan 16 mövzudan üçünü göstərməli idilər. Ekoloji problemlərdən narahat olan respondentlərin əksəriyyəti 18-25 yaşlı gənclər təşkil edib. Yaşlı nəsil isə daha çox miqrasiya problemindən narahatdır. Qeyd edək ki, əvvəllər Almaniyanın ən ağrılı yeri miqrasiya mövzusu olub.

Analoji sorğu aprelin sonlarında, Aİ-nın daha 7 ölkəsində keçirilmişdir. Ümumiyyətlə, bu ölkələrin sakinləri daha çox miqrasiya problemindən narahatdırlar. Ekologiya mövzusu ikinci yerdə durur.

 

Son xəbərlər
Digər xəbərlər