Smartfonlar dünya reallığında hər keçən gün getdikcə populyarlaşsa da, Afrikanın bu sahədə bir az geri qaldığını deyə bilərik. Ancaq Afrikanın ilk smartfon zavodu Marada açıldı. Bununla da, Afrika özü artıq smartfonlar istehsal edə biləcək.
Qitənin ilk smartfon fabriki Ruandada qurulub. Bu addım Afrikanın inkşafı üçün xüsusi önəm kəsb edir. Fabrikin tikildiyi yerdə insanların 52 faizinin internetə çıxışı var. Ancaq diqqət çəkən məqam odur ki, ölkədə iqtisadi uyğunsuzluq olduğuna görə insanların əksəriyyətində ağıllı telefon yoxdur. Ruanda dövlətinin rəhbəri Paul Kaqame etdiyi açıqlamada bu problemi həll edəcəklərini bildirib. O, istehsal edəcəkləri smartfonla əhalinin telefon təminatını artıracağını söyləyib. Başqa sözlə, istehsal olunan telefonlar ilk növbədə yerli əhalinin istifadəsinə veriləcək.
Bu zavodda istehsal ediləcək telefonların eyni zamanda əlverişli qiymətlərə olacağı gözlənilir. 200 insanın işləyəcəyi zavodun istehsal etdiyi telefonlar 129-189 dollar arasında dəyişəcək.
Android əməliyyat sistemi ilə işləyən telefonlar istehsal edəcək zavod dünəndən etibarən kütləvi istehsala başlayıb. Telefonların Afrika qitəsindən kənarda satılıb satılmayacağına dair məlumat yoxdur.
©Ted.az