2001-ci ildə kiçik Cənubi Afrika telekommunikasiya şirkəti olan MTN Nigeriyada dövlət hərracında mobil siqnalın yayılması üçün tələb olunan lisenziyanı 285 milyon dollara əldə edir. Hərrac iştirakçıları MTN şirkətinin bu qərarını “dəlilik” adlandırmışdı.
Ölkə 40 ilə yaxın hərbi diktatura rejimi altında olub. Nigeriyada böyük həcmdə neft ehtiyatları olsa da, ölkə qalan hər bir şeydən yoxsulluq çəkirdi. İnfrastruktur isə demək olar ki, dağılmış vəziyyətdə idi.
Dövlət telefon şirkətinə ümumi abonent sayını 100 minə çatdırması üçün əsr tələb olunmuşdu. Ölkədəki iş iqlimini isə sabit adlandırmaq olmazdı.
Lakin MTN şirkəti riskə gedir. Şirkət rəhbərliyi öz dostları sayəsində Nigeriyada 10 milyon ödənişli televiziyaya abunə olan insanın olduğunu öyrənir. Əgər bu qədər çox nigeriyalı özünə “sputnik” ala bilmişdisə, demək mobil telefon da ala bilərdi.
5 il ərzində Nigeriyada şirkətin 32 milyon müştərisi olur. Hazırda şirkət bütün Afrika və Yaxın Şərqdə fəaliyyət göstərir. Lakin The Economist nəşrinin verdiyi məlumata görə, Nigeriya şirkətin əsas nəhəng gəlir mənbəyidir.
Bir çox şirkətlər Nigeriyaya investisiya yatırmaqla yaxşı qazanc əldə edə bilmişlər. Dünyanın iqtisadi cəhətdən sürətlə inkişaf edən ərazilərdən bəziləri məhz Afrikada yerləşir və Nigeriyada bunlardan biridir. Aprel ayında ölkənin ÜDM həcmi 90% artmışdı.
Hazırda Afrikada Cənubi Saxaranın hər 5-ci şəxsi Nigeriyada yaşayır. Ölkənin əhalisi hər il 2-3% artır ki, bu insanların da böyük hissəsini ambisiyalı gənclər və daha təhsilli şəxslər təşkil edir.
Lakin bir faktı unutmaq lazım deyil ki, Nigeriyada biznesin həyata keçirilməsi qaydaları hər an dəyişə bilər və qaydalara əsasən “pis yön” də istisna deyil. Bununla yanaşı, çoxalmaqda olan dünya brendləri Nigeriyanın potensialına inanır və risk etməyə hazırdırlar.