Afrika İttifaqının İqtisadi İnkişaf, Ticarət, Turizm, Sənaye və Minerallar üzrə komissarı Albert Muçanqa təşkilatın qitə ölkələrinin ehtiyaclarını ödəmək üçün pan-Afrika maliyyə birhasını yaratmağı planlaşdırdığını deyib.
Bu barədə “Maghreb Arabe Press” agentliyi xəbər verib.
“Afrika İttifaqı qitənin maliyyə ehtiyaclarını ödəməyə imkan verəcək pan-Afrika birjasına sahib olmaq istəyir. Bununla əlaqədar, Afrika İttifaqı Komissiyası ilə Afrika Mübadilə Təhlükəsizliyi Komissiyası arasında anlaşma memorandumu imzalanacaq”, – deyə A.Muçanqa bildirib.
O əlavə edib ki, bir neçə afrikalı investor Afrika Suveren İnvestor Forumu yaratmaq qərarına gəlib və bunun üçün 13 milyard dollarlıq ümumi aktiv bazası yaradılıb.