11 C
Baku
Monday, November 18, 2024

Afrika ölkələrinin qızıl ehtiyatları açıqlanıb

Beynəlxalq Qızıl Şurası Afrika ölkələrinin qızıl ehtiyatları barədə məlumat yayıb.

Ölkələrin qızıl ehtiyatlarının həcmi bir-birindən kəskin fərqlənir. Beynəlxalq Qızıl Şurasının son statistikasına görə, ilk onluqda qərarlaşan Afrika ölkələri arasında ən böyük qızıl ehtiyatına malik olan Əlcəzairin rezervi 173,56 ton təşkil edir. İkinci yerdə qərarlaşan Liviyanın ehtiyatı 146,65 tondur.

Sonrakı yerləri Misir (126,57 ton), Cənubi Afrika Respublikası (125,44 ton), Mərakeş (22,12 ton), Nigeriya (21,37 ton), Mavriki (12,42 ton), Qana (8,74 ton), Tunis (6,84 ton) və Mozambik (3,94 ton) bölüşür.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər