14 C
Baku
Saturday, November 23, 2024

Afrikada gələn il 48 milyon insan aclıqdan əziyyət çəkəcək

Qərbi və Mərkəzi Afrikada qida çatışmazlığı olan insanların sayı 2023-cü ilin ortalarına qədər 48 milyona çatacaq.

Bu barədə BMT-nin hesablamalarında yer alıb.

Qeyd olunub ki, bu rəqəm regionun bütün müasir tarixində ən yüksək göstəricidir. Bu günə qədər Qərbi və Mərkəzi Afrikada 35 milyon insan və ya əhalinin 8%-i ərzaq qıtlığı yaşayır.

Ümumdünya Ərzaq Proqramının ekspertləri qeyd ediblər ki, hazırda bu region ölkələri arasında ərzaq təhlükəsizliyi ilə bağlı ən çətin vəziyyət Mali, Burkina-Faso və Nigeriyadadır.

Son xəbərlər
Digər xəbərlər