15 C
Baku
Friday, April 26, 2024

Afrikada İslam bankçılığı artmaqdadır

Dünya boyu İslam üslubunda bankçılıqdan istifadə artır, xüsusilə də Afrikada. Bu cür bank sistemində müştərilərə nə faiz verilir nə də faiz alınır, tranzaksiyalar fiziki aktivlərə əsaslanır. Bu cür banklar “haram” hesab edilən spirtli içki, donuz əti və qumar sənayelərinə sərmaye qoymur. Kontinentin maliyyə mərkəzi sayılan Cənubi Afrikada İslam bankçılığı azlıq müsəlman icması arasında populyarlıq qazanır. Banker.az bildirir ki, bu barədə Voice Of America (Amerikanın Səsi) kanalı yazır.

Ənənəvi bankçılıqda sənə kredit verilir, İslam bankçılığında isə sənin yerinə pul investisiya edilir. Biri səninlə gəliri bölüşür, digəri isə faizdən gəlir əldə edir

– Fərhan Mottiar

Fərhan Mottiar ailə biznesinin başına keçəndən sonra fərqli bir şey etməyə qərar verib. O, qırx ildir Yohannesburqun ən köhnə hindistanlı alış-veriş mərkəzində gəlinlik dükanına sahib olan atasını ənənəvi bankçılıqdan uzaqlaşıb, yenicə yaranan İslam bank sisteminə keçməyə inandırıb.

O deyir ki, proses çox rahat idi. O bankları belə dəyişməli olmayıb, çünki ölkənin ən böyük tam xidmət göstərən banklarının hər biri İslam bankçılığı xidmətindən istifadə edir.

“Bir neçə xırda şeyi dəyişmək, yəni ənənəvi bankçılıqdan İslam bankçılığına keçid etmək dəyişiklik yaradır. Ənənəvi bankçılıqda sənə kredit verilir, İslam bankçılığında isə sənin yerinə pul investisiya edilir. Biri səninlə gəliri bölüşür, digəri isə faizdən gəlir əldə edir”– deyə, Kay’s gəlinlik mağazasının sahibi Fərhan Mottiar bildirir.

Cənubi Afrikanın First National Bankında İslam bankçılığı xidmətinin başçısı deyir ki, İslam bankçılığı artır. Lakin banklar, özəl şirkətlər olduğu üçün o bununla bağlı çox detal paylaşmır.

“Biz sabit artım müşahidə edirik və bu, təkcə First National Bankının deyil, İslam bankçılığından istifadə edən digər bankların perspektivindən də belədir”, First National Bankın İslam bankçılığı xidmətinin icraçı direktoru Əmman Məhəmməd bildirir.

O həmçinin deyir ki, İslam bankçılığının genişmiqyaslı faydaları var və buna misal olaraq 2014-cü ildə Cənubi Afrikada 500 milyon dollarlıq İslam-a uyğun sukuk adlı istiqrazı göstərib.

“Məncə biz bunun Şərqi Afrikada artıq istifadə olunduğunu görürük. Çünki biz ilk dəfə olaraq Tanzaniya, Kenya, Nigeriya hökümətininin sukuk barədə danışdığına sahid oluruq”,Əmman Məhəmməd deyir.

Lakin hər kəs buna inanmır. Satıcı İmtias Xan deyir ki, o, İslam bankçılığın faizlə gəlir arasında qoyduğu fərq sırf semantic olduğunu düşünür, çünki onlar yenə də faizlə işləyir.

“Xeyr, mən islam bankçılığından istifadə etmirəm. Mən düşünürəm ki, İslam bankçılığının əsasında normal bankçılıq dayanır. Faizsiz İslam bankçılığı deyə bir anlayış yoxdur”, o söyləyir.

Mən düşünürəm ki, İslam bankçılığının əsasında normal bankçılıq dayanır. Faizsiz İslam bankçılığı deyə bir anlayış yoxdur

-İmtias Xan

Lakin Mottiar deyir ki, o, digər biznesmenləri də İslam bankçılığına keçməyə inandırmağa çalışır.

“Mən müsəlman olaraq inanıram ki, doğru əməli etmək daha xeyirlir. Bu səbəbdən də mən gələcəyi İslam bankçılığında görürəm”, Mottiar bildirir.

Bəzi müsəlman mağaza sahiblərinin tərəddüdləri var, digərləri isə İslam bankçılğına yönəlməyi düşünür, çünki onlar deyir ki, dinlərinə əməl edərək, pul qazanmaq onlar üçün daha çox məna kəsb edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər