Afrikanın geniş neft ehtiyatlarından tutmuş bol əkinçilik torpaqlarına qədər iqtisadi inkişaf üçün vacib olan qiymətli minerallarla zəngin olduğu heç kimə sirr deyil. Qitə dünyanın ümumi mineral ehtiyatlarının təxminən 30%-nə, o cümlədən qızıl, mis, platin, kobalt, uran, litium və digərlərinə malikdir və bunların hamısı elektronika və infrastrukturdan enerji istehsalına qədər müxtəlif sənaye sahələrində mühüm rol oynayır.
Bu mineral sərvətləri müəyyən bir bölgədə cəmləşmir, əksinə qitə boyunca yayılır və bir çox Afrika ölkəsinin iqtisadi inkişafına əhəmiyyətli dərəcədə töhfə verir. Sərvətlər içərisində ən çox ehtiyyac duyulan almaz sərvətidir və bu qiymətli metal tək bir məkanda-ölkədə cəmləşməyib, qitənin müxtəlif ölkələrində yataqlara malikdir. Bu ölkələrin almaz sənayesində hərəsinin öz mövqeyi var. Səkkiz Afrika ölkəsi dünyanın ən nifuzlu almaz istehsal edən ölkələri sırasındadır.
Dünya Almaz Şurasının hesabatlarına görə, almaz ixracı Afrikaya hər il 7,6 milyard dollar gəlir gətirir. Dünya üzrə çıxarılan almazların 47%-i Afrika ölkələrindən ixrac olunur. Afrikada almaz ticarəti müxtəlif Afrika ölkələrinin inkişafınaböyük dəstək vermiş və 5 milyon insanın hərtərəfli səhiyyə xidməti almasına imkan yaratmışdır. Almaz istehsalı ilə məşğul olan ölkələr haqqında qısa məlumat ;
Botsvana
Botsvana, yeddi tanınmış mədəni ilə Afrikada ən çox almaz istehsal edən ölkədir. Bu ölkə yüksək keyfiyyətli və nəhəng almaz ehtiyatları ilə tanınır. Botsvana, dünyanın almazlarının təxminən üçdə birinin çıxarıldığı Cənubi Afrikadakı kiçik bir ölkədir. Almazlar əslində 1967-ci ildə ən məşhur mədən şirkətlərindən biri olan Debsvana təsis edildikdə bu ölkədə kəşf edilmişdir. Bu gün Botsvananın aparıcı almaz mədənlərinə Jwaneng, Orapa və Karowe daxildir. Ölkə almaz istehsalına 1967-ci ildə, Böyük Britaniya müstəmləkəsindən azad oldqdan sonra başlamışdır.
Cənubi Afrika
Finş, Venesiya və Kimberli ölkənin ən çox almaz yataqlarının yerləşdiyi bölgələrdir. Cənubi Afrika hər il təxminən 8,5 milyon karat brilyant istehsal edir ki, bu da dünya üzrə hasil edilən brilyantların 10,2%-ni təşkil edir. Dünyanın ən böyük almazı olan Cullinan da Cənubi Afrikada kəşf edilib və Britaniya Krallıq tacının zinət əşyalarını bəzəmək üçün istifadə olunub.
Nambiya
Namibiya Narıncı Çay Almaz Mədənləri və Aleksandr Körfəzi Dəniz Mədənləri ilə məşhurdur. Namibiya digər Afrika ölkələri qədər çox almaz istehsal etməsə də, dünya almazlarının 2,5%-ni istehsal edir. İki əsas almaz mədəni Namibiya hökumətinə və De Beers şirkətinə məxsusdur və onlar tərəfindən idarə olunur.
Almaz ticarəti sayəsində ən çox dirçəliş yaşayan Nambiyadır. Münbit torpaqları və dənizə çıxışı olmayan bu ölkə almaz ticarətindən əldə etdiyi gəlirlə nəzərə çarpacaq dərəcədə inkişaf etmişdir. Bu gəlirər sayəsində çoxsaylı iş yerləri, məktəblər açılşmışdır.
Anqola
Anqola dünyada dördüncü ən böyük almaz mədəninə malikdir və təxminən 8,4 milyon karat almaz istehsal edir. Anqolada ilk almaz 1912-ci ildə kəşf edilib və bu gün bu ölkənin almaz ixrac sənayesi onun maliyyə və iqtisadiyyatını dəstəkləyir.
Konqo Demokratik Respublikası
Konqo Demokratik Respublikası Afrikada almaz istehsal edən üçüncü ən böyük ölkədir. 1920-ci illərdən bəri almaz istehsal edir və dünyanın ümumi almaz istehsalının təxminən 4,9%-ni təşkil edir. Konqo Respublikasında daş hasilatının əksəriyyəti kiçik miqyaslı sənətkar mədənçilər tərəfindən həyata keçirilir. Təəssüf ki, siyasi qarışıqlıq, soyqırım və korrupsiya ölkənin sərvətinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərib. Bu vəziyyətə baxmayaraq, ölkədə 2016-cı ildə 229 milyon dollar dəyərində 23,2 milyon karatlıq brilyant istehsal edilib.






