17 C
Baku
Çərşənbə, Sentyabr 29, 2021

Ağ Ev: Əfqanıstan hakimiyyəti “Taliban”ı dəf etmək üçün kifayət qədər gücə malikdir

Screen Shot 2021 09 02 at 14.34.20

“Əfqanıstan hökumətinin radikal “Taliban” yaraqlılarının öhdəsindən gəlmək üçün kifayət qədər silahlı qüvvəsi var, bu, respublika hakimiyyətinin danışıqlarda üstünlük qazanmasına imkan verəcək”.

Bu sözləri Ağ Evin mətbuat katibi Jen Psaki mətbuat konfransında söyləyib.

O, Əfqanıstanda sabitliyin bərpasına, Milli Təhlükəsizlik Qüvvələrinin müqavimətini gücləndirəcək silahlara, gücə və təhsilə sahib olduğuna inandıqlarını ifadə edib.

Ağ Evin sözçüsü ABŞ -ın daha əvvəl respublikanın təhlükəsizlik qüvvələrinə əhəmiyyətli dəstək verdiyini və növbəti maliyyə ilində bu ehtiyaclar üçün təxminən 3,3 milyard dollar ayırmağa hazır olduğunu qeyd edib.

Psakinin sözlərinə görə, ABŞ Prezidenti Co Bayden “Taliban”ın Kabulu ələ keçirəcəyinə və ya Əfqanıstanda nəzarəti ələ keçirəcəyinə inanmır: “Prezident hələ də hesab edir ki, “Taliban” Kabulu və ya bütün ölkəni ələ keçirmək gücündə deyil. Əfqanıstan hakimiyyəti “Taliban”la mübarizə üçün siyasi iradə nümayiş etdirməlidir”.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:APA
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər