Ağ Ev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ukraynadan taxıl çıxarılması üçün Birgə Koordinasiya Mərkəzinin yaradılmasında göstərdiyi səylərə görə təşəkkür edib.
Bu haqda Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi açıqlama verib.
Kirbi İstanbulda Ortaq Koordinasiya Mərkəzinin fəaliyyətə başlaması ilə bağlı suala, “Birgə Koordinasiya Mərkəzinin işə başlaması xəbərini gördük. Bu xəbəri alqışlayırıq” cavabını verib.
O, Prezident Ərdoğanın Soçiyə səfər edəcəyi ilə bağlı mətbuatda çıxan xəbərlərə də toxunub:
“Bu səfərin əhatə dairəsi ilə bağlı qiymətləndirməni Prezident Ərdoğana buraxırıq. Türkiyə ilə Rusiyanın ikitərəfli əlaqələri var. Birgə Koordinasiya Mərkəzinin həyata keçirilməsində Türkiyə yaxından iştirak edir”.