Ağ Ev 40-dan çox ölkəni Çinə ABŞ-nin ticarət rüsumlarından yayınmağa kömək etməkdə ittiham edib

Ağ Ev Kanada, Meksika, İsrail, İsveçrə və Yaponiya da daxil olmaqla 40-dan çox ölkəni Çinin ABŞ-nin ticarət rüsumlarından yayınmasına yardım göstərməkdə ittiham edib.

İddialara görə, Pekin üçüncü ölkələrdən istifadə edərək mallarda cüzi dəyişikliklər aparıb və bununla həmin məhsulların yerli istehsal təsiri yaratmasına nail olub.

Ağ Evin “Yüklərin yenidən yönləndirilməsi üzrə böyük fırıldaq” adlı hesabatında bildirilir ki, bu ölkələr ümumilikdə 60 milyard dollar həcmində ticarət rüsumunun ödənilməsindən yayınmağa şərait yaradıblar. Sənəddə ABŞ hökumətinin digər hesabatlarına da istinad edilir və həmin hesabatlarda “aldatma”nın həcmi 40 milyard dollardan 303 milyard dollaradək qiymətləndirilir.

Ağ Evin ticarət və istehsal siyasəti idarəsinin rəhbəri Piter Navarro bildirib ki, “illər ərzində yüklərin yenidən yönləndirilməsi üzrə böyük fırıldaq kommunist Çinə ixracını 40-dan çox ölkə vasitəsilə ‘yumağa’, ABŞ xəzinəsini on milyardlarla dollardan məhrum etməyə və amerikalı işçilərin gəlirlərini əlindən almağa imkan verib”.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər