ABŞ Konqresi ilə dövlət borcunun yuxarı həddi ilə bağlı heç bir razılaşma yoxdur, buna baxmayaraq, Birləşmiş Ştatlar heç vaxt defolt vəziyyətində olmayacaq.
Bunu Ağ evin sözçüsü Karin Jan-Pyer bildirib.
ABŞ Prezidenti Cozef Bayden və Nümayəndələr Palatasının spikeri Kevin Makkarti arasında razılaşmanın olmamasını şərh edən Ağ Evin sözçüsü deyib: “Biz borclarımızı ödəyirik, tariximizdə heç vaxt defolt olmamışıq və olmayacağıq”.
Bundan əvvəl Kevin Makkarti Baydeninin hərəkətsizlikdə ittiham etmiş, bunun da ABŞ-ı defolta apara biləcəyini söyləmişdi.
ABŞ-ın maliyyə naziri Janet Yellen isə müvafiq tədbirlər görülməzsə, ölkənin iyunun 1-dək defolta düşmə ehtimalının yüksək olduğunu bildirmişdi.