Amerika Birləşmiş Ştatları ümumilikdə Rusiyanın enerji ixracının mümkün dayandırılmasına hazırdır.
Bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinq zamanı bildirib.
“Bizim prezidentimiz və Avropadakı tərəfdaşlarımız bu ssenarini proqnozlaşdırıblar – biz bunu qabaqcadan görmüşük və aylarla hazırlaşmışıq”-deyə, o bildirib.
O, həmçinin qeyd edib ki, ABŞ Avropa üçün alternativ təbii qaz mənbələrinin, eləcə də səmərəliliyin artırılması və təmiz enerjinin tətbiqi vasitəsilə Avropa İttifaqının Rusiya enerji resurslarından asılılığının azaldılması yolları üzərində işləmək üçün Aİ ilə birgə işçi qrupu yaradıb.