28 C
Baku
Sunday, July 14, 2024

Ağ Ev: Bayden Kremlə PUA hücumu fonunda Putinlə danışıqları planlaşdırmır

ABŞ lideri Co Baydenin Kremlə pilotsuz uçuş aparatları ilə hücumdan sonra Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq fikrində deyil.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsinə istinadən yazır.

“Xeyr, hazırda hər hansı plandan xəbərim yoxdur”, – bəyanatda deyilir.

Mayın 3-nə keçən gecə Kiyev Rusiya prezidentinin iqamətgahına pilotsuz uçuş aparatları ilə zərbələr endirməyə cəhd edib.

Kremldən verilən məlumata görə, Rusiya prezidenti Vladimir Putin hücum zamanı xəsarət almayıb.

Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rusiya prezidenti Vladimir Putinin Kreml iqamətgahına hücum cəhdi ilə bağlı terror aktı faktı ilə bağlı cinayət işi açıb.

Ağ Evin sözçüsü Karine Jean-Pierre dronların Kremlə hücumu fonunda deyib ki, ABŞ Ukraynanı Rusiya ərazisinə zərbə endirməyə təşviq etmir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər