28 C
Baku
Thursday, July 25, 2024

Ağ Ev Bayden-Putin görüşü üçün şərtləri açıqlayıb

ABŞ Prezidenti Cozef Baydenlə Rusiya lideri Vladimir Putin arasında istənilən təmas Ukraynadakı vəziyyətin deeskalasiyasını və Rusiya Federasiyasının diplomatiyaya həqiqi hazırlığını tələb edəcək.

Bu barədə çərşənbə axşamı, Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild deyib.

“Biz açıq şəkildə deyirik, Prezident Bayden açıq şəkildə bildirdi ki, Rusiya tərəfindən ciddi deeskalasiya və Prezidentin bu cür söhbətə başlamazdan əvvəl diplomatiyaya aydın, həqiqi öhdəliyi lazımdır”, – o deyib.

Qeyd edək ki, Cozef Bayden də rusiyalı həmkarı Vladimir Putinlə təmasları istisna etməyib. O bildirib ki, bu, Rusiya Prezidentinin nəyi müzakirə etmək istəməsindən asılıdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər