10 C
Baku
Friday, December 13, 2024

Ağ Ev: Bayden Putinlə bağlı sözlərinə görə təəssüflənmir

ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə bağlı verdiyi açıqlamalara görə təəssüflənmir.

Bunu Ağ Evin mətbuat katibi Ceyn Psaki bildirib.

Bununla bağlı “ABC” telekanalının jurnalisti sualla müraciət edib. Sualın cavabında Psaki – “Xeyr. Prezident birbaşa suala birbaşa cavab verib”, – deyə qeyd edib.

Bundan başqa, o əlavə edib ki, Ağ Ev rəhbəri “sözdə də, əməldə də geri çəkilməyəcək”.

Qeyd edək ki, martın 17-də “ABC News”a verdiyi müsahibədə ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin 2020-ci ildə Amerikada prezident seçki kampaniyasına iddia edilən müdaxiləyə görə “cavab verəcəyini” bildirib. Həmçinin ABŞ prezidenti rusiyalı həmkarına qarşı şəxsi təhqirlərə imkan verib. Eyni zamanda, Putini qatil hesab edib-etməməsi ilə bağlı suala təsdiq cavabı verib. Rusiya prezidenti isə Baydenin sözlərinə can sağlığı diləyərək cavab verib. Daha sonra onunla müzakirələri canlı efirdə davam etdirməyi təklif edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər