8 C
Baku
Monday, November 18, 2024

Ağ Ev Baydenin Çin prezidenti ilə gələcək danışıqlarının mövzusunu açıqlamaqdan imtina edib

Ağ Ev ABŞ prezidenti Co Baydenin bu həftə Çin prezidenti Si Cinpin ilə telefon danışığı zamanı toxunacağını potensial mövzuları açıqlamaqdan imtina edib.

Bunu jurnalistlər üçün brifinq zamanı ABŞ prezidentinin mətbuat katibi Karin Jan-Pyer deyib.

“Mən bu zəng zamanı nələrin müzakirə olunacağı ilə bağlı gündəliyi açıqlamayacağam”, – deyə K.Jan-Pyer bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfi Çinlə ünsiyyət kanallarını açıq saxlayır, köməkçilər səviyyəsində danışıqlar aparılır. “Prezident [Bayden], bildiyiniz kimi, mart ayında prezident Si [Cinpin] ilə danışıb. Mən heç bir elan və ya zəng təsdiqi baxımından prezidentdən irəli getməyəcəyəm”, – deyə K.Jan-Pyer əlavə edib.

Xatırladaq ki, daha əvvəl Co Bayden bu həftə ərzində Si Cinpinlə telefon danışığı aparmaq niyyətində olduğunu bildirmişdi.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər