24 C
Baku
Friday, April 26, 2024

Ağ Ev: Cənubi Koreya nüvə silahı əldə etmək niyyətində deyil

“ABŞ Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə sadiqdir və Cənubi Koreya nüvə silahı əldə etmək niyyətində deyil”.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“ABŞ Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə sadiq qalır, bu, dəyişməyib. Cənubi Koreya nüvə silahına can atmadığını açıq şəkildə bəyan edib” – deyə, o bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Cənubi Koreya prezidenti Yoon Suk Yeol Vaşinqton və Seulun nüvə silahından istifadə etməklə birgə təlimlərin keçirilməsini müzakirə etdiyini bildirmişdi.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər