“Çin Ukraynadakı münaqişə zamanı istifadə etmək üçün Rusiyaya öldürücü silahların tədarükünün mümkünlüyü məsələsini gündəmdən çıxarmayıb”.
Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.
“Biz düşünmürük ki, onlar bunu gündəmdən çıxarıblar. Bütün hallarda ABŞ administrasiyası hələ də Çinin bu istiqamətdə qərar verdiyinə inanmır. Biz, əksinə, Çinin Ukraynaya özünümüdafiədə yardıma yönəlmiş addımlarını görməyə çox şad olardıq” -deyə, o bildirib.