9 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Ağ Ev Çinin koronavirusa görə iqtisadi metodlarla cəzalandırılması təklifini irəli sürüb

Donald Tramp administrasiyası Çinin iqtisadi metodlarla cəzalandırılması planını irəli sürüb. Qeyd edildiyi kimi, belə bir təklifin əsas səbəbi Çinin koronavirus haqqında həqiqəti gizlətməsi olmuşdur.

Banker.az xəbər verir ki, CNN-nin Ağ Evdəki mənbələrə istinadən verdiyi məlumata görə, bu həm Pekinə qarşı iqtisadi sanksiyalar, həm də iki ölkə arasında ticarət şərtlərinin sərtləşdirilməsi ola bilər.

“Biz iqtisadiyyatı inkişaf etdirməliyik, buna görə ehtiyatla hərəkət edəcəyik. Lakin çinliləri cəzalandırmalıyıq”, – CNN-nin həmsöhbəti bildirir.

Eyni zamanda, Vaşinqton ÇXR-dəki siyasətini sərtləşdirmək üçün əlavə arqumentlər axtarır və yeni növ koronavirusun mənşəyini, necə yayıldığını öyrənmək üçün addımlar atır.

Qeyd edək ki, bu günə qədər ABŞ Çin səlahiyyətlilərinin koronavirus infeksiyası yaratmaqla əlaqəsi olduğuna dair heç bir dəlil təqdim edə bilməyib.

“Düşünürəm ki, sonda bir şey tapacağıq”, – CNN-nin həmsöhbəti qeyd edir. Bununla yanaşı, cari ilin əvvəlində Donald Tramp Çin prezidentini koronavirusla uğurlu mübarizə apardığı üçün tərifləmişdir.

Həmin dövrdə ABŞ-da yoluxanların və ölənlərin sayı kifayət qədər az olmuşdur.
Con Hopkins Universitetinin verdiyi məlumata görə, bu günə qədər ABŞ-da 62 min nəfər dünyasını dəyişib. Müqayisə üçün Çində bu göstərici 4,6 min nəfərdir.

Son xəbərlər
Oxşar xəbərlər