Fransa ABŞ-ın vacib tərəfdaşı və ən qədim müttəfiqidir.
Bu barədə bazar ertəsi Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Bu, (səfər – red.) Vaşinqton administrasiyasının xarici siyasətə yanaşmasının əsas komponentini, yəni ittifaqları vurğulamaq üçün bir fürsətdir. Fransa həyati vacib qlobal tərəfdaşdır və əlbəttə ki, ABŞ-ın ən qədim müttəfiqidir”, – deyə C.Kirbi bildirib.
C.Kirbi ABŞ və Fransa arasında iqtisadi əməkdaşlığı, eləcə də iki ölkənin müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətini də qeyd edib.