10 C
Baku
Thursday, December 12, 2024

Ağ Ev: “Heç kim güman etməsin ki, “Taliban”a qarşı sanksiyaları yumşaltmaq fikrindəyik”

ABŞ Əfqanıstana yardımla bağlı qərarı ölkədə hökumət qurulduqdan sonra verəcək. Bunu Ağ Evin sözçüsü Cen Psaki keçirdiyi brifinqdə deyib.O qeyd edib ki, ABŞ hazırda “Taliban”a qarşı sanksiyaların yumşaldılması imkanlarını nəzərdən keçirmir.”Heç kim güman etməsin ki, hazırda “Taliban” əleyhinə sanksiyaları yumşaltmaq fikrindəyik, bu, müzakirə predmeti deyil”, – Psaki bildirib.Psaki qeyd edib ki, ABŞ-ın gələcəkdə atacağı istənilən addımda beynəlxalq birliyin rəyi nəzərə alınacaq.Onun sözlərinə görə, ABŞ Əfqanıstan xalqının beynəlxalq yardım almasını istəyir: “Bu yardımlar xarici təşkilatların hesabına edilməlidir. Vaşinqton bu istiqamətdə artıq xüsusi bir lisenziya da əldə edib”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər