Ağ Ev amerikalı milyarder İlon Maskla “SpaceX” şirkətinə məxsus “Starlink” peyk internet xidmətini İranda aktivləşdirmək üçün danışıqlar aparır.
Peyk vasitəsilə əsaslı internet xidməti iranlılara internetə və sosial media platformalarına daxil olmağa kömək edə bilər.
ABŞ administrasiyası rəsmisinin sözlərinə görə, Vaşinqton iranlıları telefonlarından və digər cihazlardan internetə çıxışla təmin etməkdə maraqlıdır.
“Beləliklə, “Starlink” bir seçimdir. ABŞ hökuməti İran xalqının istəklərini dəstəkləmək üçün mümkün olan hər şeyi etməyə çalışır”.
Qeyd edək ki, sentyabrın 18-də “SpaceX” daha 54 kiçik Starlink peykini Yer orbitinə çıxarıb.