3 C
Baku
Cümə, Yanvar 21, 2022

Ağ Ev neftin qiymətinin artmasından narahatdır

“ABŞ hökuməti neft qiymətlərində müşahidə olunan artımın nəticələrindən narahatdır və hesab edir ki, hazırda dünyada neft hasilatını artırmaq üçün imkanlar mövcuddur”.

Bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bildirib.

“Neftin bahalaşmasını görmüşük. Bu, əlbəttə ki, OPEC-in yaxın günlərdə toplaşdığı zaman müzakirə edəcəyi mövzu olacaq. Dünya iqtisadiyyatının yenidən dirçəlməsi və normal istehlakçı fəaliyyətinin bərpası səbəbindən neftə tələb artıb. Bütün hallarda hesab edirik ki, qlobal miqyasda kifayət qədər neft ehtiyatı mövcuddur”- deyə Psaki qeyd edib.

Son xəbərlər
Oxşar xəbərlər