18 C
Baku
Thursday, November 20, 2025

Ağ Ev “Nvidia”nın süni intellekt çiplərinin ixracına qoyulan məhdudiyyətlərə qarşı çıxıb

Ağ Ev Konqres üzvlərini “Nvidia” şirkətinin Çin və digər rəqib ölkələrə süni intellekt çipləri satışını məhdudlaşdıran qanun layihəsini bloklamağa çağırıb. Bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

“GAIN AI Act” adlanan qanun layihəsi ixrac nəzarətinə düşən, yəni Çinə və embarqo altında olan digər ölkələrə tədarükü məhdudlaşdırılan, AI-çiplərinə ABŞ alıcılarına prioritetli çıxış verən sistemin yaradılmasını nəzərdə tutur. “Bloomberg”in yazdığına görə, Ağ Evin rəsmiləri Konqres üzvlərini bu təşəbbüsü rədd etməyə çağırırlar.

“Bloomberg” xatırladır ki, ABŞ ilk dəfə “Nvidia”nın Çinə tədarükünü 2022-ci ildə məhdudlaşdırmışdı və bunu qabaqcıl Sİ texnologiyalarının hərbi məqsədlərlə istifadəsi riski ilə əsaslandırmışdı. O vaxtdan bəri Vaşinqton nəzarəti dəfələrlə sərtləşdirib, o cümlədən Tramp apreldə “Nvidia”nın əvvəlki tələblərə uyğun hazırlanmış H20 çiplərinin tədarükünü məhdudlaşdırmışdı. ABŞ həmçinin təxminən 40 ölkəyə, o cümlədən Səudiyyə Ərəbistanı və BƏƏ-yə qabaqcıl Sİ çiplərinin tədarükü üçün icazə almağı tələb edir, çünki avadanlığın dolayı şəkildə Çinə fayda verməsindən ehtiyat edir.

Avqustda Çin şirkətlərə “Nvidia H20” çiplərindən istifadə etməməyi tövsiyə etmişdi, xüsusilə dövlət sektoru və təhlükəsizliklə bağlı layihələrdə. Noyabrın əvvəlində Çin hakimiyyəti dövlət dəstəyi alan data-mərkəzlərini yalnız ölkədə istehsal olunan Sİ çiplərindən istifadə etməyə məcbur edib, “Reuters” yazıb.

Son xəbərlər
Digər xəbərlər