Ağ ev ABŞ-ın Qüdsdəki konsulluğunun fəaliyyətinin bərpası haqqında xəbəri təkzib edib.
Bu barədə Ağ evin strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi məlumat verib.
O, Prezident Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivanın Qüdsdə konsulluğun bərpasına dair dediklərini təkzib edib.
C.Kirbi bildirib ki, ABŞ-ın keçmiş Prezidenti Donald Trampın hakimiyyəti zamanı 2018-ci ildə İsraildəki səfirliyini köçürəndən sonra Qüdsdəki konsulluğunu bağlayıb. İsrail hökuməti bu diplomatik missiyanın fəaliyyətinə qarşı çıxsa da, Fələstin hakimiyyəti onun açılmasında israr edir. ABŞ Prezidenti Cozef Bayden Yaxın Şərqə səfəri çərçivəsində Fələstin liderləri ilə də görüşəcək. Həmin görüşdə bu məsələnin yenidən qaldırılacağı gözlənilir.
Qeyd edək ki, Ağ evin sahibinin Yaxın Şərqə səfəri iyulun 13-dən 16-dək davam edəcək.