Ağ Ev rekord 1,5 trilyon dollarlıq müdafiə büdcəsi layihəsini təqdim edəcək

Ağ Ev cümə günü 2027-ci maliyyə ili üçün rekord məbləğdə — 1,5 trilyon dollar həcmində müdafiə büdcəsi layihəsini təqdim edəcək. Bu barədə Breaking Defense portalı məlumat yayıb.

Təxminən 760 milyard dollar silahların hazırlanması və alınmasına yönəldiləcək. “Qızıl Qübbə” raketdən müdafiə sistemi, gəmiqayırma və F-35 qırıcıları ilə bağlı proqramlara xərclərin artırılması planlaşdırılır.

Ağ Ev müxtəlif modifikasiyalarda 85 ədəd F-35 qırıcısının alınmasını təklif edəcək. 18 döyüş və 16 qeyri-döyüş gəmisinin tikintisi üçün 65,8 milyard dollar ayrılması nəzərdə tutulur. Layihəyə əsasən, “Qızıl Qübbə” proqramına 17,5 milyard dollar vəsait ayrılacaq.

Gözlənilir ki, 21 aprel tarixində Pentaqon büdcənin ətraflı planını açıqlayacaq.

Son xəbərlər
Digər xəbərlər