26 C
Baku
Saturday, April 27, 2024

Ağ Ev: Səudiyyə Ərəbistanı neft bazarında tarazlığı saxlamaq öhdəliyi götürüb

Səudiyyə Ərəbistanı davamlı iqtisadi artımı təmin etmək üçün qlobal neft bazarını yenidən balanslaşdırmaq səylərini dəstəkləməyə söz verib.

Bu barədə Ağ Evin Ciddədə ABŞ Prezidenti Co Bayden ilə Səudiyyə Ərəbistanı rəhbərliyinin nümayəndələri arasında keçirilən danışıqların yekunlarına dair bəyanatında deyilir.

Qeyd edilir ki, Vaşinqton neft hasilatının iyul və avqust ayları üçün nəzərdə tutulan həcmlərlə müqayisədə 50 faiz artmasını alqışlayıb. “Bu və növbəti həftələrdə gözlədiyimiz addımlar bazarları əhəmiyyətli dərəcədə sabitləşdirməyə kömək edəcək”, – Ağ Evdən bildirilib.

Xatırladaq ki, ABŞ Prezidenti bundan əvvəl Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə görüşüb. İki ölkə arasında keçirilən görüşlər və müzakirələr nəticəsində bir sıra sahələrdə əməkdaşlığa dair iyirmiyə yaxın sənəd imzalanıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər