9 C
Baku
Monday, February 16, 2026

Ağ Ev süni intellekt sənayesini məhdudlaşdıran qanunvericiliyə qarşı çıxıb

Ağ Ev süni intellekt modellərini hazırlayan şirkətlərə qarşı ictimai təhlükəsizliyi qorumaq üçün bir sıra tədbirlərin tətbiq edilməsini tələb edən qanun layihəsinin təşəbbüskarlarına təzyiq göstərir. “Financial Times”ın məlumatına görə, qanun layihəsinin müəllifləri Yuta ştatının hakimiyyət orqanlarıdır. ABŞ Prezidenti Donald Trampın administrasiyası onların ünvanına göndərdiyi rəy məktubunda sənədə “qəti şəkildə qarşı çıxdığını” bildirib və onu “administrasiyanın süni intellekt sahəsində proqramına zidd” adlandırıb.

FT-nin məlumatına əsasən, Ağ Ev texnologiya üzərində daha sərt nəzarət cəhdlərinə ilk dəfə deyil ki, qarşı çıxır. 2025-ci ildə Tramp administrasiyası ştatlara süni intellektlə bağlı öz qanunlarını qəbul etməyi qadağan edən federal qanun layihəsini iki dəfə irəli sürməyə çalışıb. Lakin konqresmenlərin, senatorların və qubernatorların müqaviməti buna mane olub.

2025-ci ilin dekabrında Donald Tramp fərman imzalayıb. Həmin fərmana əsasən, süni intellekt sahəsində “ağırlaşdırıcı” qanunvericilik qəbul edən ştatlar federal maliyyələşmədən məhrum edilə bilər. Fərmanla eyni zamanda süni intellekt sahəsində məhkəmə çəkişmələri üzrə işçi qrupu yaradılıb və ona ştat qanunlarını məhkəmədə mübahisələndirmək tapşırılıb.

Son xəbərlər
Digər xəbərlər