Ağ ev ABŞ prezidenti Donald Trampın impiçmentinin müxtəlif variantlarına hazır olduğunu bildirib. Bu haqda CBS-yə Amerika liderinin böyük müşaviri Kellien Konuey məlumat verib.
Onun sözlərinə görə, impiçment məsələsinə Senatda baxıldığı təqdirdə, hər iki tərəfdən şahidləri çağırmaq və digər dəlilləri təqdim etmək mümkün olacaq. Eyni zamanda Konuey qeyd edir ki, şahidlər sırasında Trampa qarşı iddia qaldırmış şəxs və onun vəkili də çıxış edə bilər. O, həmçinin Demokratlar Partiyasının bir çox nümayəndələrin inandırıcı dəlil görmədiyini söyləyib.
Xatırladaq ki, daha əvvəl prezident amerikanların 75%-nin impiçmenti dəstəkləmədiyini bildirmişdir. Donald Tramp impiçment məsələsinin Nümayəndələr Palatasında həll edilməsinə qarşıdır.
Daha əvvəl qeyd edildiyi kimi, Amerikan lideri ukraynalı həmkarı ilə telefon danışığı zamanı təzyiq göstərməkdə və bununla da Konstitusiyanı pozmaqda ittiham olunub. Nümayəndələr Palatasının sədri Nensi Pelosinin sözlərinə görə, Donald Tramp öz səlahiyyətlərindən sui-istifadə edib.