19 C
Baku
Monday, April 22, 2024

Ağ ev Zelenskinin səfəri barədə məlumat yayıb

Ağ ev Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a rəsmi səfəri barədə məlumat yayıb.

Ukrayna liderinin bu gün, dekabrın 21-də ABŞ Prezidenti Cozef Bayden, onun milli təhlükəsizlik məsələləri üzrə komandasının əsas üzvləri və hökumət üzvləri ilə görüşləri planlaşdırılır.

Məlumata görə, V.Zelenski Konqresdə çıxış edəcək, mətbuat nümayəndələrinə müsahibə verəcək.

Ağ ev Ukrayna Prezidentinin səfəri çərçivəsində “Patriot” hava hücumundan müdafiə sistemlərinin daxil olduğu ən böyük – 1,8 milyard dollarlıq hərbi yardım paketlərindən birini açıqlayacaq.

“Sky nuys”un məlumatına görə, bu gün ABŞ Prezidenti Cozef Baydenlə Ukrayna lideri Volodimir Zelenski Vaşinqtonun Kiyevə böyük miqdarda sərmayə ayırması məsələsini müzakirə edəcəklər”.

Telekanalın yaydığı informasiyaya əsasən, iki ölkə liderləri arasında görüş kimsənin arzulamadığı siyasi fəsadların qarşısını ala bilər: “Bayden Ukraynaya əlverişli şərtlərlə istənilən gələcək sülh sazişinə sərmayə qoyur”.

“Sky nuys” V.Zelenskinin bu səfərinin Donetskin vilayətinin ən qaynar nöqtələrindən birinə – Baxmut şəhərinə gözlənilməz səfərindən dərhal sonra baş tutmasına diqqət çəkib, bunun təsadüfi olmadığı və Ukraynanın ABŞ-dan dəstək alacağını vurğulanıb.

MənbəReport
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər