21 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Ağ Evdə yeni təyinatlar olub

Screen Shot 2021 09 02 at 14.34.20

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden Ağ Evin administrasiyasına yeni təyinatların olduğunu açıqlayıb.

Bu barədə siyasətçinin keçid komandasının saytında yayımlanan açıqlamada qeyd olunub. Bir neçə il Baydenin köməkçisi və məsləhətçisi işləyən Bryus Red Ağ Evin aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.

Ağ Evin əməkdaşlarına isə rəhbərliyi Ron Klayn edəcək. Demokratın seçki kampaniya qərargahının əməkdaşı olan Elizabet Vilkins Klaynın baş məsləhətçisi olacaq.

Baydenin çıxışlarının hazırlanmasına cavabdehliyi Vinay Reddi daşıyacaq. Enn Flipik Ağ Evdəki inzibati məsələlərə nəzarət edəcək və Rayan Montoya planlaşdırma işlərindən məsul olacaq.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report
Son xəbərlər
360 380
Oxşar xəbərlər