🔴Ağ Evdə Donald Tramp və Volodimir Zelenski arasında görüş olub

21:43 – ABŞ Prezidenti Donald Tramp Ukraynada münaqişənin həll ediləcəyinə əmin olduğunu bildirib: “Müharibə sona çatacaq. Vladimir Putin bu müharibəni sona çatdırmaq istəyir, məncə, bütün dünya artıq bu müharibədən yorulub və biz onu sona çatdıracağıq”.


21:42 – Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşdə üçtərəfli görüşə hazır olduğunu bildirib: “Bu müharibəni dayandırmalıyıq ki, Rusiyanı dayandıraq və bunun üçün Amerika və Avropa tərəfdaşlarının dəstəyinə ehtiyacımız var. Biz bunun üçün əlimizdən gələni edəcəyik”.


21:38 – ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynaya müəyyən formada təhlükəsizlik zəmanətləri təqdim olunacaq.


21:37 – Ağ Evdə Donald Tramp və Volodimir Zelenski arasında görüş başlayıb.

Tərəflərin görüşü canlı yayımlanır.