19 C
Baku
Thursday, September 25, 2025

Ağ Evdə Tramp-Ərdoğan görüşü başlayıb

ABŞ-də səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Tramp ilə görüşü başlayıb.

Görüşdə iki lider ticarət, investisiya və müdafiə sənayesi başda olmaqla ikitərəfli əməkdaşlığı gücləndirəcək məsələləri müzakirə edəcəklər.

Bundan əlavə, F-35 proqramı, Suriya, Qəzzadakı vəziyyət və Rusiya-Ukrayna müharibəsi kimi mövzuların da gündəmə gələcəyi gözlənilir.

Qeyd edək ki, bu, Rəcəb Tayyib Ərdoğanın 6 ildən sonra Ağ Evə ilk səfəridir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər