ABŞ Prezidenti Donald Tramp Portuqaliya yığması və Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasının ulduzu Kriştianu Ronaldo ilə görüşüb.
Ağ Evin rəsmi instaqram səhifəsində görüşdən videogörüntülər paylaşılıb.
Paylaşıma verilən “Two GOATS” – “Ən böyüklər” şərhi isə izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, “GOAT” ifadəsi ingiliscədən tərcümədə “Greatest Of All Time” – “Bütün zamanların ən yaxşısı” deməkdir.








