Rusiya prezidenti Vladimir Putinin İrana səfəri Rusiyanın Ukraynaya görə necə təcrid olunduğunu göstərir.
Bu barədə Ağ Evin baş sözçüsü Con Kirbi bildirib.
Putin İranda İran Prezidenti İbrahim Rəisi, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və İran Ali Rəhbəri Ayətullah Əli Xamenei ilə danışıqlar aparıb.
Birləşmiş Ştatlar keçən həftə İranın Rusiyaya bir neçə yüz pilotsuz uçuş aparatı verməyə hazırlaşdığını bildirib.
Kirbi bildirib ki, İranın Rusiyaya pilotsuz uçuş aparatları verdiyinə dair hələ heç bir əlamət yoxdur.