Ağ Evin İqtisadi Məsləhətçilər Şurasının sədri Sesiliya Rouz martın 31-də istefa verəcək.
Bu barədə Bloomberg məlumat yayıb.
Qeyd olunub ki, Rouz əvvəllər İctimai və Beynəlxalq Əlaqələr Məktəbinin dekanı olduğu Prinston Universitetində işə qayıtmağa hazırlaşır. O, gələcəkdə Ağ Evə qayıda biləcəyini istisna etməyib.
Cari ilin fevral ayında ABŞ Prezidenti Cozef Baydenin baş iqtisadi müşaviri Brayan Diz də vəzifəsini tərk edib. O da Prinston Universitetində işləməyi planlaşdırır.